Azərbaycanlı deputatlar AŞ PA alt komitəsinin iclasında iştirak edəcək

Posted by

Azərbaycanlı deputatlar AŞ PA alt komitəsinin iclasında iştirak edəcəkAzərbaycanlı deputatlar AŞ PA alt komitəsinin iclasında iştirak edəcək

Azərbaycanlı deputatlar AŞ PA alt komitəsinin iclasında iştirak edəcək

Mayın 18-də Moldovanın paytaxtı Kişineuda Avropa Şurası Parlament Assambleyasının Avropa Sosial Nizamnaməsi üzrə alt-komitəsinin “Şərq əməkdaşlığı çərçivəsində sosial hüquqların möhkəmləndirilməsi: Avropa Sosial Nizamnaməsi üzrə müzakirə” adlı parlament iclası keçiriləcək.

 

APA-nın Milli Məclisin saytına istinadən verdiyi məlumata görə, iclasda Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, deputatlardan Musa Quliyev, İlham Məmmədov, Sədaqət Vəliyeva və Sevinc Hüseynova iştirak edəcək.

 

Tədbirdə “Qanunvericilikdə və onun tətbiqində sosial hüquqlar”, “Sosial hüquqlarla bağlı standartların həyata keçirilməsi sahəsində çağırışlar və imkanlar” mövzularında müzakirələr aparılacaq. Müzakirələrdə Milli Məclisin deputatları çıxış edəcək, bu sahələrdə Azərbaycan təcrübəsi barədə məlumat verəcəklər.

 

Səfər mayın 20-də başa çatacaq.

 

Apa.az