Azərbaycanlı deputat AŞ PA-da qaçqınlarla bağlı müzakirələrə qatılıb

Posted by

Azərbaycanlı deputat AŞ PA-da qaçqınlarla bağlı müzakirələrə qatılıb

Azərbaycanlı deputat AŞ PA-da qaçqınlarla bağlı müzakirələrə qatılıbAzərbaycanlı deputat AŞ PA-da qaçqınlarla bağlı müzakirələrə qatılıb

Bu gün Parisdə Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin iclası keçiriləcək.

Azərbaycan Milli Məclisinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə deputat Rövşən Rzayev iştirak edir.

İclasda Avropadakı münaqişələr zamanı itkin düşmüş şəxslərin humanitar problemləri, İtaliyanın sahilboyu ərazilərinə miqrant axını, miqrantlar və qaçqınlar arasında QİÇS-in yayılmasına qarşı mübarizə, İordaniya, Türkiyə, Livan və İraqda Suriya qaçqınlarının problemləri, Avropaya Çinli miqrantların axını ilə bağlı yaranmış problemlər və digər mövzularda fikir mübadiləsi aparılacaq.