Azərbaycandan kənarda silahlı münaqişələrdə iştirak üçün qrup yaradanlar 12 ilədək azadlıqdan məhrum ediləcəklər

Posted by

Azərbaycandan kənarda silahlı münaqişələrdə iştirak üçün qrup yaradanlar 12 ilədək azadlıqdan məhrum ediləcəklər

Azərbaycandan kənarda silahlı münaqişələrdə iştirak üçün qrup yaradanlar 12 ilədək azadlıqdan məhrum ediləcəklər

Trend xəbər verir ki, bununla bağlı hazırlanmış qanun layihəsində Cinayət Məcəlləsinə müvafiq maddənin əlavə edilməsi nəzərdə tutulur.

Milli Məclisin Hüquq siyasət və dövlət quruculuğu komitəsinin iclasında müzakirələr zamanı komitə sədri Əli Hüseynli bildirib ki, Cinayət Məcəlləsinə 283.1-ci (Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədi ilə sabit qrup yaratma) maddəsinin əlavə edilməsi nəzərdə tutulur.

Məcəlləyə əlavə edilən 283-1.1-ci maddədə göstərilir ki, Azərbaycan Respublikası vətəndaşlarını və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, yaxud dini düşmənçilik zəminində ölkə hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, yaxud bu məqsədlə döyüş təlimləri keçmə, həmin məqsədlə fəaliyyət göstərən sabit qrup yaratma, belə qrupa rəhbərlik etmə faktı 9 ildən 12 ilə qədər azadlqıdan məhrum etmə ilə cəzalandırılacaq.

Eyni əməllər yetkinlik yaşına çatmayan şəxsi cəlb etməklə törədildikdə 12 ildən 15 ilədək cəza alacaq.

Yuxarıda nəzərdə tutulmuş qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə isə 7 ildən 11 ilə qədər azadlqıdan məhrum etmə ilə cəzalandırılacaq.

Yeni maddədə göstərilən “Qeyd”də isə bildirilir ki, yuxarıda nəzərdə tutulmuş əməli törətmiş şəxs hakimiyyət orqanlarını vaxtında xəbərdar etməklə və ya başqa üsulla həmin maddələrdə nəzərdə tutulan əməllərin qarşısının alınmasına yardım etdikdə və onun əməlində başqa cinayətin tərkibi olmadıqda cinayət məsuliyyətindən azad edilir.

Qanun layihəsinin Milli Məclisin plenar iclasına çıxarılması tövsiyə olunub.

 

Trend.az