Azərbaycanda ildə 400 min günəş paneli istehsal olunacaq

Posted by

Azərbaycanda ildə 400 min günəş paneli istehsal olunacaq

Azərbaycanda ildə 400 min günəş paneli istehsal olunacaq

Azərbaycanda ildə 400 min günəş paneli istehsal olunacaq

Bu ilin II rübündə Azərbaycanda günəş panelləri istehsal edən «Azgüntex» MMC-də 25 MVt və ya 100 min panel istehsal etmək gücünə malik ikinci xəttin quraşdırılması prosesi başa çatacaq.

 

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyindən «APA-Economics»ə verilən məlumata görə, ümumilikdə isə «Azgüntex» MMC-də ildə 400 min panelin buraxılması planlaşdırılır.

 

Buraxılan avadanlıq hesabına Dövlət Agentliyi tərəfindən Bakı və regionlarda yerləşən təhsil, səhiyyə, mədəniyyət, idman obyektlərində dayanıqlı elektrik və istilik sistemi ilə təmin edən stansiyalar quraşdırılacaq.

 

Qeyd edək ki, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən Sumqayıt şəhərində inşa olunmuş «Azgüntex» MMC hazırda iki müəssisəni – Günəş Modulları və LED Lampaları zavodlarını özündə birləşdirir. Avropa ölkələrinin aparıcı şirkətlərinin ən müasir texnologiyaları əsasında yaradılmış Günəş Modulları Zavodu hazırda 30 MVt gücündə günəş panelləri istehsal etmək potensialına malikdir.

 

Apa.az