Azərbaycanda yol təsərrüfatına ziyan vurmuş sürücülərin nəzərinə

Posted by

Azərbaycanda yol təsərrüfatına ziyan vurmuş sürücülərin nəzərinə

Azərbaycanda yol təsərrüfatına ziyan vurmuş sürücülərin nəzərinə

Azərbaycanda yol təsərrüfatına ziyan vurmuş sürücülərin nəzərinə

2013-cü ildə Azərbaycanda yol təsərrüfatına 2,5 milyon manata yaxın məbləğdə ziyan dəyib. Bu barədə Trend-ə açıqlamasında Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, yol qurğularına əsasən nəqliyyat vasitələri tərəfindən ziyan vurulub, onların da içərisində əyrixətli tirlərin sıradan çıxması üstünlük təşkil edir. Bunun qarşılığında sürücülər və avtomobil sahibləri tərəfindən edilmiş ödənişlər isə çox aşağı səviyyədədir: “2,5 milyon manata qarşı cəmi 190 min manatdan bir az artıq məbləğ ödənilib. Bu isə dəymiş ümumi ziyanın cəmi 7-8 faizini təşkil edir ki, bu da çox aşağı rəqəmdir”.

P.Mürsəliyev qeyd edib ki, yol qəzası olan zaman Nəqliyyat Nazirliyi və Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən hadisəni törədən şəxsin iştirakı ilə akt tərtib olunur. Həmin sənəddə nəyə ziyan dəydiyi, dəymiş ziyanın həcmi və s. məsələlər öz əksini tapır. Sadəcə təqsirkarlar əksər hallarda ziyanı ödəməkdən boyun qaçırırlar. Bu isə artıq narahatlıq doğurur: “Çox zaman bu məsələ məhkəmə müstəvisinə çıxır. Bəzən məhkəmə prosesi çox uzun çəkir, bəzən isə məhkəmə qərarının olmasına baxmayaraq, ödənişlərdən boyun qaçırılır. Məhkəmə məsələləri uzunmüddətli prosesdir. Amma əgər dövlət əhəmiyyətli hər hansı avtomobil yolunda bir neçə paqon metr əyrixətli tir sıradan çıxırsa və o vaxtında təmir edilməzsə, bu bir sıra digər qəzalara, təhlükələrə də yol aça bilər. Ona görə də biz onu özümüz bərpa etmək məcburiyyətində qalırıq. Nəticədə isə ziyan dövlət büdcəsinə dəymiş olur. Bəzən isə ümumiyyətlə ziyanın kim tərəfindən vurulduğunu təyin etmək mümkün olmur. Bir sözlə, bu sahədə vəziyyət ürəkaçan deyil. Ona görə də bunları nəzərə alaraq, sürücüləri və avtomobil sahiblərini yol təsərrüfatına vurduqları ziyanı vaxtlı-vaxtında ödəməyə çağırırıq”.

 

Trend.az