Azərbaycanda vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı sahəsində dəyişikliklər üçün təkliflər verilib

Posted by

Azərbaycanda vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı sahəsində dəyişikliklər üçün təkliflər verilibAzərbaycanda vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı sahəsində dəyişikliklər üçün təkliflər verilib

Azərbaycanda vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı sahəsində dəyişikliklər üçün təkliflər verilib

Azərbaycanda vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı sahəsində həyata keçirilən islahatlar və problemləri müzakirə etmək məqsədilə “dəyirmi masa” keçirilib.

Trend xəbər verir ki, “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi ilə keçirilən tədbirdə Ədliyyə Nazirliyi, Baş Prokurorluq, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Səhiyyə Nazirliyi, Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsi və digər müvafiq dövlət orqanlarının və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər.

Təşkilatın icraçı direktoru Rəna Səfərəliyeva bildirib ki, Azərbaycanda vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı sahəsində bir sıra dəyişikliklərin edilməsinə ehtiyac var.

Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının reyestri Xidmətinin baş məsləhətçisi Nadir Səfərli Azərbaycanda vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində aparılan islahatlar baradə məlumat verib.

“Şəffaflıq Azərbaycan” təşkilatının layihə direktoru Elvin Yusifli bildirib ki, son illərdə hökumət tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının reyestri sahəsində şəffaflığın və səmərəliliyin təmin edilməsi məqsədilə qanunvericilikdə bir sıra dəyişikliklərin edilməsinə, məsələn, “Adlar və soyadlar haqqında” qanunun, “Qeydiyyat şöbələri və nikah evləri haqqında Əsasnamə”nin qəbul edilməsinə və elektron xidmətlərin təqdim olunmasına baxmayaraq, bir sıra çətinliklər hələ də qalır: “Məsələn, hazırda Azərbaycanda ölü doğulan uşaqların qeydiyyat şərtləri normal doğulan uşaqların qeydiyyatına nisbətən daha sərtdir. Belə ki, əgər normal doğulan uşağın qeydiyyatı üçün 1 ay vaxt verilirsə, ölü doğulmuş uşağın qeydiyyatı üçün 3 gün vaxt verilir. Təbii ki, övladını itirmiş şəxslərin psixoloji durumu nəzərə alınaraq bu vaxt uzadıla bilər”.

Bundan əlavə, o, qeyd edib ki, nikaha daxil olmaq istəyən şəxslərə ərizələrini təqdim etdikdən sonra 1 ay vaxt verilir ki, bu müddət də azaldılmalı, nikah evlərində təntənəli nikahlar üçün ödəniş qiymətləri vətəndaşlara şəffaf şəkildə çatdırılmalı, dövlət qurumları tərəfindən övladlığagötürmə ilə bağlı nəzarət daha da gücləndirilməli, vətəndaşlara ən azından 16 yaşından etibarən adı və soyadın dəyişdirilməsinə icazə verilməlidir: “Hazırda Azərbaycanda vətəndaşa adın, ata adının, soyadın dəyişdirilməsinə yalnız 18 yaşdan sonra icazə verilir. Lakin bəzi hallarda insanlar qəbul etmədikləri ad və ya soyadla yaşamalı olurlar ki, bu da onlara çox pis təsir edir”.

Tədbir iştirakçıları bu və digər çətinliklərin aradan qaldırılması istiqamətində görülən işlərin davam etdirilməli olduğunu qeyd edib, bununla əlaqədar tövsiyələr veriblər, həmçinin vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı sahəsində korrupsiya risklərini minimuma endirmək istiqamətində qarşıya çıxan problemlər ətrafında müzakirələr aparıb, bu sahədə şəffaflığın və işin səmərəliliyinin arıtırılması məqsədilə təkliflər irəli sürüblər.

Sonda qərara alınıb ki, vətəndaşlıq vəziyyəti aktlarının reyestri sahəsində şəffaflığı və hesabatlılığı təmin etmək məqsədilə vətəndaş cəmiyyətinin üzvləri tərəfindən verilən tövsiyələr toplanaraq yazılı formada müvafiq dövlət qurumuna təqdim edilsin.

 

Trend.az