Türkiyənin 12-ci prezidenti Rəcəb Tayyip Ərdoğan rəsmən vəzifəsinin icrasına başlayıb

Posted by

Türkiyənin 12-ci prezidenti Rəcəb Tayyip Ərdoğan rəsmən vəzifəsinin icrasına başlayıb Türkiyənin 12-ci prezidenti Rəcəb Tayyip Ərdoğan rəsmən vəzifəsinin icrasına başlayıb

[thumb=left]http://www.azhumanrights.az/az/uploads/posts/2014-08/1409227545_5215680b649.jpg[/thumb

Avqustun 10-da keçirilən prezident seçkilərində Türkiyənin 12-ci prezidenti seçilən Rəcəb Tayyib Ərdoğan bu gün and içərək rəsmən fəaliyyətə başlayıb.

 

APA-nın xəbərinə görə, andiçmə mərasimi Türkiyə Böyük Millət Məclisində (TBMM) keçirilib.

 

Andiçmə mərasimində Türkiyə parlamentində təmsil olunan müxalifət partiyalarından CHP təmsil olunmasa da, MHP və BDP-dən olan deputatlar liderləri Dövlət Baxçalı və Səlahəddin Dəmirtaşla birlikdə salonda olublar.

 

Alqışlarla salona daxil olan R.T.Ərdoğan prezident kimi and içib. Daha sonra Türkiyənin İstiqlal Marşı səslənib. Ərdoğan TBMM binasından Mustafa Kamal Atatürkün məzarını ziyarət etməyə yollanıb.

 

Qeyd edək ki, andiçmə mərasimində bir çox ölkələrin dövlət və hökumət rəhbərlərinin başçılıq etdikləri nümayəndə heyətləri də iştirak edib. Azərbaycanı mərasimdə baş nazir Artur Rasizadənin başçılıq etdiyi heyət təmsil edib.

 

Apa.az