Azərbaycanda vergi orqanlarına işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirilir

Posted by

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Vergilər Nazirliyi ilə birgə vergi orqanlarına işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirir.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, İmtahan saat 11:00-da Bakı şəhərində 6 binada təşkil olunacaq. İmtahanda iştirak etmək üçün 1931 namizəd qeydiyyatdan keçib. Prosesin idarə edilməsi üçün 168 nəzarətçi-müəllim, 24 imtahan rəhbəri ayrılıb.

Namizədlərin imtahana hazırlaşmalarına kömək məqsədilə Vergilər Nazirliyi tərəfindən suallardan ibarət test toplusu çap olunaraq onların istifadəsinə verilib. İmtahanda müvafiq sahə bilikləri üzrə (hüquq və ixtisas) təqdim olunacaq 80 sual məhz həmin sual bankından seçiləcək.

Suallar Konstitusiya, prezidentin fərmanları və Nazirlər Kabinetinin qərarları, Vergilər Məcəlləsi, Əmək Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, Mülki Prosessual Məcəllə, Mülki Məcəllə, Cinayət Məcəlləsi, Cinayət Prosessual Məcəlləsi və digər qanunvericilik aktlarını əhatə edir. 10 sual namizədlərin informatika üzrə biliklərinin, 10 sual isə məntiqi nəticə çıxarmaq bacarıqlarının yoxlanılması üçün nəzərdə tutulur (həmin suallar TQDK tərəfindən hazırlanır).

İmtahan 3 saat davam edəcək. Hər sual 1 balla qiymətləndirilir. İmtahan nəticəsində ümumi balı 70 və daha artıq olan namizədlər növbəti mərhələyə buraxılacaqlar.

Apa.az