Azərbaycanda tikinti obyektləri ilə bağlı yeni qaydalar təsdiq edilib

Posted by

Azərbaycanda tikinti obyektləri ilə bağlı yeni qaydalar təsdiq edilib

Azərbaycanda tikinti obyektləri ilə bağlı yeni qaydalar təsdiq edilib

Azərbaycanda tikinti obyektləri ilə bağlı yeni qaydalar təsdiq edilib

Azərbaycan Nazirlər Kabineti tikinti obyektlərinin istilik təchizatı, təbii və süni işıqlandırılması, havalandırılması və akustikasının layihələndirilməsi qaydalarını təsdiq edib.

 

«APA-Economics»in Nazirlər Kabinetinə istinadən verdiyi məlumata görə, sənədə əsasən, bina və ya qurğu elə layihələndirilib tikilməlidir ki, insanlar binalarda yaşadığı və ya qurğuda olduğu zaman təhlükəli radiasiya, fiziki, bioloji, kimyəvi və digər təsirlərə məruz qalmasın. Bundan başqa, yaşayış, ictimai və istehsalat binalarının istiliklə təmin olunması, havalandırılması, otaqların təbii və süni işıqlandırılması, yaşayış və ictimai binaların otaqlarının, istehsalat binaları və qurğularının işçi zonalarının səs-küydən mühafizəsi təmin edilməlidir.

 

Tikinti obyektlərinin istilik təchizatı, təbii və süni işıqlandırılması, havalandırılması və akustikası üzrə tələblərdə qeyd edilib ki, layihə sənədlərində bina və ya qurğunun havalandırma sistemi ilə təchiz olunması nəzərdə tutulmalıdır. Layihə sənədlərində bina və ya qurğunun kondisionerləşdirmə sistemi ilə təchiz olunması nəzərdə tutula bilər. Ventilyasiya və kondisionerləşdirmə sistemləri otağa və ya istehsalat sahələrinin işçi zonasına verilən havada zərərli maddələrin miqdarının yol verilən qatılıq həddindən çox olmamasını təmin etməlidir.

 

Həmçinin, atmosfer havasından otaqlara tozun, rütubətin, zərərli maddələrin və pis qoxunun daxil olmasının məhdudlaşdırılması, o cümlədən bina və qurğuların insanların daimi olduğu yerüstü mərtəbələrdə təbii və ya birləşdirilmiş, o cümlədən süni işıqlandırma, yeraltı mərtəbələrdə isə insan sağlamlığına dəyə biləcək zərərin qarşısını almaq üçün kifayət edən süni işıqlandırma ilə təmin olunmalı, texnoloji proseslərin aparılması şərtləri ilə əlaqədar olaraq, təbii işıqlandırmanın quraşdırılması istisna olunan bina və qurğuların yerüstü mərtəbələri insan sağlamlığına dəyə biləcək zərərin qarşısını almaq üçün kifayət edən süni işıqlandırma ilə təmin olunmalıdır.

 

Bundan başqa, yaşayış və ictimai binaları xarici mənbələrin yaratdığı səs-küydən, binanın və ya qurğunun digər otaqlarında yaranan səs-küydən, zərbə səs-küyündən, avadanlığın yaratdığı səs-küydən də mühafizə edilməlidir. Ərazidə tikinti və tikinti-bərpa işlərinin aparılması hallarında səs-küylə müşayiət olunan proseslər adi günlərdə saat 09:00-dan 18:00-dək, bazar və bayram günlərində isə saat 10:00-dan 14:00-dək aparılmalıdır.

 

Apa.az