Azərbaycan prezidenti Şirvanşahlar Sarayı Kompleksində yeni yaradılmış muzey ekspozisiyası ilə tanış olub

Posted by

Azərbaycan prezidenti Şirvanşahlar Sarayı Kompleksində yeni yaradılmış muzey ekspozisiyası ilə tanış olub

Azərbaycan prezidenti Şirvanşahlar Sarayı Kompleksində yeni yaradılmış muzey ekspozisiyası ilə tanış olub

Azərbaycan prezidenti Şirvanşahlar Sarayı Kompleksində yeni yaradılmış muzey ekspozisiyası ilə tanış olub

Martın 17-də Şirvanşahlar Sarayı Kompleksində yeni yaradılmış muzey ekspozisiyası təqdim edilib.

 

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva yeni ekspozisiya ilə tanış olublar.

 

Bildirilib ki, Şirvanşahlar Sarayı Kompleksində muzey ekspozisiyasının hazırlanması prosesində abidənin tarixi, memarlıq xüsusiyyətləri, saray həyatı və burada yaşamış hökmdarlar haqqında elmi tədqiqatlar aparılmış, müvafiq məlumatlar toplanaraq sistemləşdirilib. Yeni ekspozisiyanın yaradılmasına yerli və xarici mütəxəssislər cəlb olunub və bu işlər dünya muzeylərinin tərtibatı sahəsində ixtisaslaşan Avstriyanın “Arteks” şirkəti ilə birgə həyata keçirilib. Ekspozisiyada zəngin muzey eksponatları ilə yanaşı, videoproyeksiya, animasiyalı multimedia, audio və video təqdimatlardan da geniş istifadə olunub. Bununla yanaşı, Şirvanşahlar Sarayı Kompleksində qonaqlar ilk dəfə multimedia bələdçilərindən də faydalana biləcəklər.

 

“İpad Mini” bazasında hazırlanmış multimedia bələdçisi vasitəsilə ekspozisiyanın mövzuları ilə bağlı audio yazını Azərbaycan, ingilis, rus, alman və fransız dillərində dinləmək, müvafiq foto və video materiallarla tanış olmaq mümkün olacaq. Sarayın taxt-tac zalının tərtibatı və burada nümayiş etdirilən eksponatlar və video təqdimatlar Şirvanşahlar dövründə olan ab-havanı və interyer elementlərini təsəvvür etməyə imkan yaradacaq, Şirvanşahların tarixinin həcmli animasiyalı modeli isə buraya gələnlərdə xüsusi maraq doğuracaqdır. Muzeydə, həmçinin saray həyatı, şəhər memarlığı, etnoqrafiya, musiqi, xəttatlıq, arxeologiya kimi maraqlı mövzular da təqdim olunur.

 

Dövlət başçısı və xanımı kompleksin ayrı-ayrı sahələrini gəzdilər, burada yaradılan şəraitlə tanış olublar.

 

Məlumat verilib ki, yeni muzey ekspozisiyası, həmçinin Saray Kompleksinin ikimərtəbəli yaşayış binasının əvvəllər bura gələnlər üçün bağlı olan aşağı mərtəbəsini də əhatə edir.

 

Binanın aşağı mərtəbəsinin otaqlarında Şirvanşahların dənizdən müdafiə istehkamına – Bayıl Qəsrinə aid geniş ekspozisiya da təqdim edilir. Bununla yanaşı, muzey ekspozisiyasına hazırlıq mərhələsində Saray Kompleksinə daxil olan yaşayış binasının divarlarının əzəli daş hörgüsü bərpa edilib, ərazidə abadlıq işləri aparılıb.

 

Apa.az