Azərbaycanda S-300 “Favorit” zenit raket kompleksləri hərbi hissəsində təlim keçirilib

Posted by

Azərbaycanda S-300 "Favorit" zenit raket kompleksləri hərbi hissəsində təlim keçirilib

Azərbaycanda S-300 “Favorit” zenit raket kompleksləri hərbi hissəsində təlim keçirilib

Azərbaycanda S-300 "Favorit" zenit raket kompleksləri hərbi hissəsində təlim keçirilib

Şəxsi heyətin döyüş hazırlığının artırılması məqsədilə Silahlı Qüvvələrin hərbi hissə və birləşmələrində müntəzəm olaraq təlim məşqləri keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2014-cü ilin döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə qoşunlarının S-300 “Favorit” zenit raket kompleksləri hərbi hissəsində təlim keçirilib.

Təlimin əsas məqsədi şəxsi heyətin təlim üzrə olan döyüş tapşırığını düzgün yerinə yetirilməsini müəyyən etmək olub.

Təlimin ssenarisinə əsasən hava məkanını pozan şərti düşmən hədəfləri haqqında informasiya döyüşü idarəetmə məntəqəsinə çatdırılıb. Hədəflər haqqında məlumat dvizionlara ötürülərək hədəflər izlənməyə götürülüb.

Hədəflər vaxtında aşkarlanaraq S-300 zenit raket komplekslərinin şərti atəş ilə şərti düşmən məhv edilib.

 

Trend.az