Azərbaycanda qeydiyyatdan keçməmiş radioelektron vasitələrin sahibləri cərimə olunacaqlar

Posted by

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinin (DRİ) Radioelektron vasitələrin istismarına nəzarət şöbəsi tərəfindən respublika ərazisində radioelektron vasitələrdən (REV) qanunsuz istifadə edən fiziki və hüquqi şəxslərə cərimə sanksiyaları tətbiq ediləcək. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi DRİ-nin yaydığı məlumatda deyilir.

İdarənin məlumatına görə, son illərdə birbaşa hallarda dövlət qeydiyyatından keçməmiş elektromaqnit şüalanma mənbələri olan REV-lər respublikaya idxal olunaraq istifadəyə verilir və qeydiyyatdan keçirilmir.

DRİ tərəfindən bu kimi hallar aşkarlandıqda, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 169, 170, 171, 174, 175 və 180-ci maddələri tətbiq olunaraq, inzibati qaydada məhkəməyə verilərək şərti maliyyə vahidinin fiziki şəxslər üçün 25-40, vəzifəli şəxslər üçün 75-90, hüquqi şəxslər üçün isə 200-250 misli qədər cərimə olunacaq və qanunvericiliyə uyğun olaraq tədbirlər görüləcək.

Azərbaycanda bir şərti maliyyə vahidi 1,1 manata bərabərdir.

Trend.az