Azərbaycanda qar ehtiyatlarının öyrənilməsinə başlanılıb

Posted by

Azərbaycanda qar ehtiyatlarının öyrənilməsinə başlanılıb

 

Azərbaycanda qar ehtiyatlarının öyrənilməsinə başlanılıb

Azərbaycanda qar ehtiyatlarının öyrənilməsinə başlanılıb

 

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində toplanan qar ehtiyatının sıxlığını, hündürlüyünü və sululuğunu müəyyən etmək üçün qar ölçmə işlərinə başlayıb. Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib.

Onun sözlərinə görə, qar ölçmə işləri Azərbaycanda Kicik Qafqazın Daşkəsən, Gədəbəy, Göygöl rayonları, Böyük Qafqazın Quba, Qusar, Balakən, Şəki, Qax, Oğuz, Qəbələ rayonları, eyni zamanda, Naxçıvan Muxtar Respublikasının Şahbuz və Ordubad rayonları ərazisində aparılacaq.

Ümumilikdə builki qar ehtiyatlarını öyrənmək üçün respublikanın dağlıq ərazilərində 28 marşrut üzrə qar ölçmə işləri aparılacaq. İşlər martın 14-də tamamlanacaq. Qar ölçmə aparılmaqla ölkənin su ehtiyatları da öyrəniləcək və aprel-may-iyun aylarında gözlənilən gursululuqla bağlı proqnoz tərtib ediləcək.

A.Verdiyev deyib ki, ümumilikdə ölkə üzrə builki qar ehtiyatları ötən illə müqayisədə aşağı olub.

 

Trend.az