Azərbaycanda qaçqın statusu verilməsindən imtina olunan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs dərhal ölkədən çıxarılacaq

Posted by

Azərbaycanda qaçqın statusu verilməsindən imtina olunan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs dərhal ölkədən çıxarılacaqAzərbaycanda qaçqın statusu verilməsindən imtina olunan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs dərhal ölkədən çıxarılacaq

Azərbaycanda qaçqın statusu verilməsindən imtina olunan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs dərhal ölkədən çıxarılacaq

Azərbaycanda əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin yaşaması və məskunlaşmasına qadağa qoyulması ilə bağlı yeni qaydalar müəyyənləşir.

 

Milli Məclisdən APA –ya verilən məlumata görə, bununla bağlı Miqrasiya Məcəlləsinin 79-cu (Kənara çıxarma haqqında qərar) maddəsinə yeni bənd əlavə edilməsi təklif olunur.

 

Yeni bəndə (79.1.4) görə, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin ölkədən dərhal kənara çıxarılması ilə bağlı qərar verilməsinə “qaçqın statusu verilməsindən imtina edildikdə” şərti də əsas olacaq.

 

Əlavə Milli Məclisin mayın 29-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

 

 

Apa.az