Azərbaycanda qadınların bəzi iş yerlərində çalışması qadağan ediləcək

Posted by

Azərbaycanda qadınların bəzi iş yerlərində çalışması qadağan ediləcəkAzərbaycanda qadınların bəzi iş yerlərində çalışması qadağan ediləcək

Azərbaycanda qadınların bəzi iş yerlərində çalışması qadağan ediləcək

Azərbaycanda hamilə və yaş yarımadək uşağı olan qadınların işləməsi qadağan edilən iş yerləri müəyyən olunacaq.

 

Trend-in məlumatına görə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov hakim Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində bildirib ki, “Dəyişdirilmiş Avropa Sosial Xartiyası”nın qadın və kişilərə bərabər imkanlar prinsipinə uyğun olaraq, qadınların işləməsi qadağan edilən iş yerlərinin siyahısının ləğv olunması, yalnız hamilə və yaş yarımadək uşağı olan qadınların işləməsi qadağan edilən iş yerlərinin müəyyən olunması üçün əmək qanunvericliyində dəyişiklik edilməsi gözlənilir.

 

Nazir əlavə edib ki, “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydaları”nın təkmilləşdirilməsi üçün də müvafiq işlər aparılır.

 

Onun sözlərinə görə, “Azərbaycan Respublikasında əməyin təhlükəsizliyi və sağlamlaşdırılması üzrə Milli Strategiya”nın layihəsi bu ilin oktyabrında artıq hökumətə təqdim edilib. Layihədə Əməyin Mühafizəsi üzrə Milli İnformasiya Mərkəzinin, Dövlət Əməyin Mühafizəsi Fondunun, əməyin mühafizəsi vasitələrini istehsal edən müəssisələrin yaradılması, əməyin mühafizəsi üzrə mütəxəssislərin hazırlanması üçün təhsil müəssisələrinə dövlət sifarişlərinin verilməsi və s. kimi mühüm yeniliklər nəzərdə tutulur. Strategiya qəbul edildikdən sonra onun icrası üçün Dövlət Proqramı hazırlanacaq.

 

S.Müslümov deyib ki, sosial tərəfdaşların qarşılıqlı fəaliyyətinin sistemli şəkildə qurulması üçün yaradılacaq Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın Əsasnaməsinin layihəsi isə daha təkmil variantda hökumətə təqdim olunub.

 

Trend.az