Naxçıvanski adına Hərbi Liseyin kursantları döyüş texnikaları ilə tanış olublar

Posted by

Naxçıvanski adına Hərbi Liseyin kursantları döyüş texnikaları ilə tanış olublar Naxçıvanski adına Hərbi Liseyin kursantları döyüş texnikaları ilə tanış olublar

Naxçıvanski adına Hərbi Liseyin kursantları döyüş texnikaları ilə tanış olublar

C.Naxçıvanski adına hərbi liseyin 3-cü kurs kursantları tədris ilinin planına əsasən hərbi hissədə olublar.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, kursantlar hərbi hissədə şəxsi heyətin xidmət şəraiti, döyüş texnikası, maddi baza ilə tanış olub və komandanlıqla görüşüblər.

 

Döyüş texnikası heyətinin hazırlığı məqsədilə yaradılan təlim-məşq trenajorları şəhərciyi ilə tanış olan kursantlar təlimatçıların nəzarəti altında zirehli texnikanın məşq qurğularında praktiki çalışmaları yerinə yetiriblər.

 

Trend.az