Azərbaycanda əmək qanunvericiliyinin pozulması ilə bağlı 3 mindən çox fakt aşkar edilib

Posted by

Cari ilin birinci rübü ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən həyata keçirilən dövlət nəzarəti zamanı ayrı-ayrı müəssisələrdə əmək qanunvericiliyinin pozulması ilə bağlı ümumilikdə 3 277 fakt aşkar edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Tremd-ə verilən məlumata görə, həmin hüquq pozuntuları ilə bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinə uyğun olaraq, aidiyyəti işəgötürənlərə tətbiq olunan cərimələrin məbləği ötən ilin birinci rübünə dair müvafiq göstərici ilə müqayisədə 14,1 dəfə çox olub.

Eyni zamanda, tətbiq olunmuş cərimələr üzrə ödənilən məbləğ 2013-cü ilin ilk rübündə ödənilən məbləğlə müqayisədə 21,1 dəfə artıb.

Aparılan işlərin əsas məqsədi əmək qanunvericiliyinə əməl olunması, o cümlədən işçi vətəndaşların əməyinin mühafizəsi ilə işəgötürənlərdə məsuliyyət hissinin artırılmasına xidmət edir.

Trend.az