“Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi” İctimai Birliyi köçkün gənclərə təlimlər keçirdi

Posted by

“Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi” İctimai Birliyi köçkün gənclərə təlimlər keçirdi “Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi” İctimai Birliyi köçkün gənclərə təlimlər keçirdi

“Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi” İctimai Birliyi “Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası”nın maliyyə dəstəyi ilə “Məcburi köçkün gənclərin əmək bazarına çıxışının artırılması üçün məlumatlandırma sessiyalarının təşkili” layihəsi çərçivəsində 10 məktəbdə məcburi köçkün gənclərə təlimlər keçirmişdir.

Təlimlər zamanı “Özünü Tanıma”, “Özünüzü kəşf edin”, “Fərdi İnkişaf”, “Hədəfi müəyyənləşdirmək”, “Peşələri Tanıma”, “Peşə Seçiminə Təsir edən Amillər”, “Gələcəyin peşələri”, “Səmərəli işaxtarma mexanizmləri”, “CV necə yazılmalı” kimi mövzulara toxunulmuşdur. Həmçinin təlim zamanı təlim iştirakçıları ilə işlə bağlı müsahibələrə getdikləri zaman necə davranmalı olduqları barədə praktik məşğələlər keçirilmişdir. Sonda layihə iştirakçıları gələcəkdə özlərini hansı peşədə gördüklərini özündə əks etdirən uğur hekayələrini yazmışlar.

Təlimlər zamanı təlim iştirakçıları arasında təlimin gedişatı ilə bağlı qiymətləndirmələr aparılmışdır. Təlim iştirakçıları təlimi yüksək qiymətləndirmiş və bu səpkili təlimlərin vacibliyini vurğulamışdır.

Qeyd edək ki, layihəni keçirməkdə əsas məqsəd məcburi köçkün gənclərin uğurlu karyera qurmalarına və məşğulluqlarının artırılmasına kömək etməkdən ibarətdir.