Azərbaycanda əlillərin sosial müdafiəsinə xüsusi diqqət yetirilir

Posted by

Azərbaycanda əlillərin sosial müdafiəsinə xüsusi diqqət yetirilir

Azərbaycanda əlillərin sosial müdafiəsinə xüsusi diqqət yetirilir

 

 

Azərbaycanda əlillərin sosial müdafiəsinə xüsusi diqqət yetirilir

Binəqədi rayonunda yaşayan müxtəlif kateqoriyalı əlil ailələri ilə görüş keçirilib.

 

AzərTAc xəbər verir ki, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva əlil ailələrinin evində olub. O, ölkəmizdə əlillərin sosial müdafiəsinə xüsusi diqqət yetirildiyini və əlilliyi olan şəxslərin maddi təminatının gücləndirilməsinin dövlət siyasətinin əsas istiqamətlərindən olduğunu bildirib. A.Əliyeva əlil ailələrinin problemlərini dinləyib və onlara Binəqədi Rayon İcra Hakimiyyətinin hədiyyələrini və yardım sovqatını təqdim edib.

 

Ümumilikdə, dekabrın 3-də Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində yaşayan 200-dən çox əlil vətəndaşlara hədiyyə və yardım sovqatı verilib.

 

AzərTac.az