Azərbaycanda kolleclərə ərizə qəbulunun vaxtı uzadıldı

Posted by

Azərbaycanda kolleclərə ərizə qəbulunun vaxtı uzadıldıAzərbaycanda kolleclərə ərizə qəbulunun vaxtı uzadıldı

Azərbaycanda kolleclərə ərizə qəbulunun vaxtı uzadıldı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (xüsusi qabiliyyət tələb edən ixtisaslar istisna olmaqla) ərizə qəbulunun vaxtını uzadıb.

 

Komissiyadan Trend-ə verilən məlumata görə, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları (xüsusi qabiliyyət tələb edən ixtisaslar istisna olmaqla) üzrə müsabiqədə iştirak etmək istəyən abituriyentlər üçün ərizə qəbulu 20 may saat 11:00-dan 31 may saat 23:59-dək davam etdiriləcək.

 

Ali təhsil müəssisələrinin I, II, III və IV ixtisas qruplarının hər hansı biri üzrə ərizəsinin təsdiqini təmin etmiş orta ümumtəhsil müəssisələrini əvvəlki illərdə bitirən abituriyentlər və orta ümumtəhsil müəssisələrini 2015-ci ildə bitirən abituriyentlər həmin vaxta kimi elektron ərizələrini təsdiq edə bilərlər.

 

Trend.az