Azərbaycanda iradnamə və tələbnamələrin verilməsi qaydası təsdiqlənib

Posted by

Azərbaycanda iradnamə və tələbnamələrin verilməsi qaydası təsdiqlənib

Azərbaycanda iradnamə və tələbnamələrin verilməsi qaydası təsdiqlənib

Azərbaycanda iradnamə və tələbnamələrin verilməsi qaydası təsdiqlənib

Azərbaycan Nazirlər Kabineti “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən məhsulların (işlərin, xidmətlərin) texniki normativ hüquqi aktların tələblərinə, metroloji qayda və normalara riayət olunmasına dövlət nəzarəti aparılarkən, iradnamə və tələbnamələrin verilməsi Qaydası”nı təsdiqləyib.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, bu qayda mülkiyyət formasından və fəaliyyət sahəsindən asılı olmayaraq, dövlət nəzarətinin aparıldığı obyektlərdə hüquq pozuntuları aşkar edildiyi təqdirdə tətbiq olunur. Yoxlayıcı tərəfindən iradnamə məhsullarda texniki normativ hüquqi aktların tələblərinə uyğun olmayan, lakin aradan qaldırılması mümkün olan qüsurlar aşkar edildikdə, aradan qaldırılması mümkün olan metroloji qayda və norma pozuntusu aşkar edildikdə verilir.

İradnamədə qeyd edilmiş göstərişlərin müəyyən edilmiş müddət ərzində yerinə yetirilməməsi ölçmələr üzrə müəyyən edilmiş məcburi tələblərin pozulması ilə aparılan işlərin, müqayisəli yoxlamadan keçməyən ölçmə vasitələrinin istismarının, metroloji qayda və normalara uyğun olmayan ölçmə vasitələrinin istismarı, istehsalı və satışının və ya məhsulların (işlərin, xidmətlərin) istehsalının və ya satışa buraxılmasının qadağan edilməsi barədə tələbnamələrin verilməsi üçün əsasdır.

Tələbnamələr məhsul (iş, xidmət) və ya onun istehsalında istifadə edilən xammal texniki normativ hüquqi aktların tələblərinə cavab vermədikdə, məhsulların (işlərin, xidmətlərin) texniki normativ hüquqi aktların tələblərinə uyğun keyfiyyətdə sabit istehsalına, işlərin yerinə yetirilməsinə və xidmətlərin göstərilməsinə şərait olmadıqda, məhsul (iş, xidmət) standartlaşdırma üzrə texniki normativ hüquqi akt olmadan istehsal edildikdə, nəzarət olunmalı məhsul (iş, xidmət) fiziki və hüquqi şəxslər tərəfindən gizlədildikdə və dövlət nəzarətinin həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş şərait yaradılmadıqda, texniki normativ hüquqi aktların tələblərinin pozulması nəticəsində insan həyatı və ya sağlamlığı, ətraf mühit və dövlətin əmlak maraqları üçün təhlükəli olan məhsullar (işlər, xidmətlər) istehsal edildikdə və s. hallarda verilir. Müəssisənin rəhbəri yoxlamanı həyata keçirən səlahiyyətli orqanın vəzifəli şəxslərinin hərəkətlərindən (qərarlarından) inzibati qaydada və (və ya) məhkəməyə şikayət verə bilər.

 

Trend.az