“ASAN xidmət” mərkəzləri üzrə vakant yerlərə müsabiqə elan olunmuşdur

Posted by

İyunun 13-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın www.dqmk.gov.az saytında dövlət qulluğunda çalışmaq istəyən şəxslər üçün müsabiqə elan edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AzərTAc-a bildirmişlər ki, bu qurumun tabeliyində olan “ASAN xidmət” mərkəzləri üzrə də vakant yerlər elan olunmuşdur.

Vakant yerlər cari il ərzində Bərdədə və Sabirabadda açılacaq “ASAN xidmət” mərkəzləri üzrə 10 vəzifə və 10 yer olmaqla nəzərdə tutulur.

Müvafiq vakansiyalarla bağlı daha ətraflı məlumatı aşağıdakı link vasitəsilə əldə etmək olar:

AzərTac.az