Azərbaycanda icazə alınmadan İnternetdəki əsərlərdən istifadə etmək mümkün olacaq

Posted by

Azərbaycanda icazə alınmadan İnternetdəki əsərlərdən istifadə etmək mümkün olacaq

Azərbaycanda icazə alınmadan İnternetdəki əsərlərdən istifadə etmək mümkün olacaq

Azərbaycanda icazə alınmadan İnternetdəki əsərlərdən istifadə etmək mümkün olacaq

Müəllif hüquqları ilə bağlı Milli Strategiya bu il təqdim olunacaq

 

“Bu gün dünyada internetin açıqlığı, istifadəçilərin rəqəmlənmiş əsərlərə əlçatımlığının təmin edilməsi, digər tərəfdən müəlliflərin və hüquq sahiblərinin hüquqlarının qorunması müəyyən bir ziddiyyət təşkil edir. Bu da maraqların toqquşması, hüquqların pozulmasına səbəb olur”. APA-nın xəbərinə görə, bunu Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, bunların hamısını bir məxrəcə gətirmək üçün Ümumdünya Əqli Mülkiyyət Təşkilatı bütün üzv dövlətlərə müraciət edib və bildirilib ki, hər bir dövlət öz səviyyəsində milli-qanunvericilik bazası əsasında layihələr təqdim etsin. K.İmanov qeyd edib ki, Azərbaycan da belə bir layihəni beynəlxalq təşkilata təqdim edəcək: “Layihənin əsas məqsədi ondan ibarətdir ki, qanunvericilik və idarəetmə sistemi vasitəsilə rəqəmli şəbəkədə hüquqlar qorunsun. Bu istiqamətdə dünyada 3 variant var. Birinci variant ondan ibarətdir ki, internetdən müəlliflik hüququ götürülsün və yalnız müəllifə istinadla əsərlərdən sərbəst istifadə olunsun. İkinci varianta əsasən, internetdə müəlliflik hüquqları ilə obyektlər sərbəst istifadə edilsinlər, lakin bu proses müəllifə müəyyən mükafatın verilməsi ilə icra olunsun. Üçüncü variant isə odur ki, qanunvericilik sərtləşdirilsin və istifadəçilərin hüquqları bir az sıxılsın. Azərbaycan bu 3 variant arasında öz təkliflərini irəli sürəcək. İnterneti idarə etmək üçün Azərbaycan əsas ikinci varianta üstünlük verəcək. Belə ki, internetdəki əsərlərdən icazə almadan istifadə ediləcək, lakin hüquq sahibi və ya müəllifə qonorar və mükafatlar ödəniləcək”.

 

Azərbaycan müəllif hüquqları ilə bağlı Milli Strategiyanın hazırlanması məsələsinə gəlincə, K. İmanov qeyd edib ki, bu beynəlxalq təşkilatlarla birgə hazırlanmalıdır: “Düşünürəm ki, 2014-cü ildə belə bir strategiya ümumiləşdirilmiş şəkildə hazırlanaraq təqdim olunacaq”.

 

Apa.az