Azərbaycanda hərbi qulluqçular arasında pentatlon yarışları keçirilib

Posted by

Azərbaycanda hərbi qulluqçular arasında pentatlon yarışları keçirilib

Azərbaycanda hərbi qulluqçular arasında pentatlon yarışları keçirilib

Azərbaycanda hərbi qulluqçular arasında pentatlon yarışları keçirilib

Azərbaycan Silahlı Qüvvələrinin pentatlon yarışları sona çatıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənovun Silahlı Qüvvələrdə idman yarışlarının keçirilməsi haqqında illik əmrinə əsasən hərbi qulluqçular arasında pentatlon (beşnövçülük) yarışları keçirilib.

Yarışlarda ayrı-ayrı qoşun növlərində və birləşmələrdə xidmət edən idmançılar fərdi və komanda birinciliyi uğrunda mübarizə aparıblar.

14 komanda iki qrupda təmsil olunmaqla 81 hərbi qulluqçu maneələr zolağının dəf edilməsi, qumbaraatma, maneələrlə üzmə, atış və kross növləri üzrə güclərini sınayıb.

Yarışları Müdafiə Nazirliyinin məsul zabitləri idarə ediblər.

Maneələr zolağının dəf edilməsi üzrə 500 metr məsafədə mübarizədə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin təmsilçiləri kursantlar Məhsər Muradov və Ayyəm Zeynalov birinci və ikinci yerləri təmin ediblər. Təlim və Tədris Mərkəzinin komandasından leytenant Xəqani Əsgərzadə isə bu mərhələni üçüncü yerdə başa vurub.

Qaraheybət təlim mərkəzinin atış meydanında keçirilən yarışın atış mərhələsində 200 metr məsafədən döş hədəfinə atəş açmaqda daha çox xal toplayan “Şəmkir” komandasının təmsilçiləri üstünlüyə nail olub.

Leytenant Səxavət Qocayev fərdi qələbəni təmin edib, əsgər Elvin Umrayev ikinci, Hərbi Dəniz Qüvvələrinin komandasından miçman Vüsal Bəşirov isə üçüncü yerin sahibi olub.

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin bazasında təşkil edilmiş qumbaraatma mərhələsi üzrə isə idmançılar sıra ilə hər birinə dörd qumbara olmaqla dörd dairəyə və uzağa üç qumbara atıblar.

Mübarizədə “Beyləqan” təmsilçisi əsgər Səfəralı Babayev birinci, “Şəmkir” komandasından olan əsgər Amil Orucov ikinci, “Bərdə” komandasından kiçik çavuş Tural Babayev isə üçüncü yerə çıxıblar.

C.Naxçıvanski adına Hərbi Liseyin üzgüçülük hovuzunda keçirilən manelələrlə üzmə mərhələsində kursantlardan Ramazan Balakişiyev birinci, Rüfət Səfərov ikinci və Fərid Vəliyev üçüncü yerə sahib olub.

Yarşın sonuncu mübarizə növü olan krossda isə komandalar arasında 8 km məsafəyə qaçış təşkil olunub. Bu mərhələdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantı Fərid Vəliyev birinci, “Şəmkir” komandasından əsgər Orxan Hüseynov ikinci və “Bərdə” komandasından əsgər Mehran Rüstəmov üçüncü yerə layiq görülüblər.

Sonda qaliblər diplom, fəxri fərman və medallarla mükafatlandırılıblar.

 

Trend.az