Azərbaycanda gənc alimlərə dövlət tərəfindən xüsusi sosial güzəştlərin tətbiqi təklif olunur
Azərbaycanda gənc alimlərə dövlət tərəfindən xüsusi sosial güzəştlərin tətbiqi təklif olunur.
APA-nın məlumatına görə, bu, Milli Məclisin Elm və təhsil komitəsinin digər komitələrlə birgə bu gün müzakirəyə çıxartdığı “Elm haqqında” qanun layihəsinin 7-ci (Elmi yaradıcılıq və elmi fəaliyyət hüququna dövlət təminatı) maddəsinin 8-ci bəndində əksini tapıb.
Bildirilir ki, “Dövlət yüksəkixtisaslı elmi kadr hazırlığını və elmi nailiyyətləri stimullaşdırır, elmi işçilərin, o cümlədən gənc alimlərin iş yerləri və layiqli əməkhaqqı ilə təmin olunmasını, onlara müvafiq xüsusi sosial güzəştlər və imtiyazlar verilməsini təmin edir”.
Qanun layihəsinin müzakirəsi davam edir.
Apa.az