Türkiyənin bir qrup media nümayəndəsi Azərbaycanda səfərdədir

Posted by

Türkiyənin bir qrup media nümayəndəsi Azərbaycanda səfərdədirTürkiyənin bir qrup media nümayəndəsi Azərbaycanda səfərdədir

Türkiyənin bir qrup media nümayəndəsi Azərbaycanda səfərdədir

Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin dəvəti ilə Azərbaycanda səfərdə olan Türkiyənin GAP Qəzetəçilər Birliyinin rəhbəri Zeynel Abidin Kıymaz, GAP Qəzetəçilər Birliyinin üzvü, “Radyo Tempo”nun sahibi Hamit Özpolat, GAP Qəzetəçilər Birliyinin baş katibi Fahrettin Çelik, GAP Qəzetəçilər Birliyinin İdarə Heyətinin üzvü Mustafa Saim Ayhan, GAP Qəzetəçilər Birliyinin rəhbərinin müavini Durdu Mehmet Taş, “Kanal 35TV” yayın yönətməni Halit Tunç, “Beyaz TV”nin “Dinamıt” proqramının aparıcısı və müəllifi Latif Şimşək Fəxri Xiyabanı ziyarət ediblər. APA-nın xəbərinə görə, qonaqlar öncə Fəxri Xiyabanda Heydər Əliyevin və Zərifə Əliyevanın məzarlarını ziyarət edərək, xatirələrini ehtiramla yad ediblər.

 

Sonra Azərbaycan xalqının Fəxri Xiyabanda uyuyan görkəmli ziyalıları, dövlət adamlarının məzarları ziyarət edilib və onların ruhuna dualar oxunub. Daha sonra qonaqlar Şəhidlər Xiyabanını ziyarət ediblər. Millət vəkili Q. Paşayeva qonaqlara Ermənistanın işğalçılıq siyasəti, işğal olunan Azərbaycan torpaqlarında dinc insanlara qarşı törədilmiş vandalizm aktları, qətliamlar, soyqırımlar barədə geniş bilgi verib.

 

Qonaqlar Şəhidlər Xiyabanında həmçinin şəhid jurnalistlər – Çingiz Mustafayevin, Salatın Əsgərovanın və Alı Mustafayevin məzarlarını ziyarət ediblər. Bakı Türk Şəhidliyi də ziyarət olunub. Qonaqlara 1918-ci ildə erməni-daşnak qruplaşmalarının Bakıda və Azərbaycanın digər bölgələrində amansız qətliamlar törətdikləri, Qafqaz Türk İslam Ordusunun Azərbaycanı, özəlliklə, Bakını erməni-daşnak işğalından azad etmək üçün qardaş köməyinə gəlməsi barədə məlumat verilib, Türk Şəhidliyinin bir qardaşlıq məzarlığı, and yeri olduğunu bildirilib.

 

Türkiyəli qonaqlar İncəsənət Muzeyi və Bayraq Meydanında da olublar və Qənirə Paşayevanın müşayiəti ilə paytaxtla yaxından tanışlığa İçərişəhərdən başlayıblar. Onlara Bakının və Azərbaycanın tarixi, mədəniyyəti, həqiqətləri ilə bağlı geniş məlumatlar verilib.

 

Apa.az