Azərbaycanda gömrük brokeri fəaliyyətini tənzimləyən qaydalar təsdiqlənib

Posted by

Azərbaycanda gömrük brokeri fəaliyyətini tənzimləyən qaydalar təsdiqlənib

 

Azərbaycanda gömrük brokeri fəaliyyətini tənzimləyən qaydalar təsdiqlənib

Azərbaycanda gömrük brokeri fəaliyyətini tənzimləyən qaydalar təsdiqlənib

 

Azərbaycan Nazirlər Kabineti «Gömrük təmsilçiliyi, o cümlədən gömrük brokeri fəaliyyətini tənzimləyən Qaydalar»ı təsdiqləyib.

 

APA-nın məlumatına görə, qaydalara əsasən, hər bir şəxs gömrük orqanları ilə münasibətlərində Gömrük Məcəlləsində və gömrük işi üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş fəaliyyəti həyata keçirmək üçün gömrük təmsilçisi təyin edə bilər.

 

Dövlət Gömrük Komitəsindən ixtisas attestatı almış mütəxəssislər gömrük brokeri adından gömrük rəsmiləşdirilməsi ilə əlaqədar hərəkətləri yerinə yetirmək hüququna malikdirlər. Gömrük brokeri gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərin gömrük orqanları ilə münasibətlərindən irəli gələn vəzifələrini məhdudlaşdıra bilməz.

 

Gömrük brokeri malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə gətirilməsi, bu ərazidən aparılması, yaxud tranziti ilə əlaqədar olaraq dolayı gömrük təmsilçiliyini həyata keçirən hüquqi şəxsdir. Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin sahibi ilə bağlanılan müqavilə əsasında gömrük brokeri bəyannaməçi ola bilər. Gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi həyata keçirilərkən, gömrük brokeri malları gömrük sərhədindən müstəqil keçirən şəxsin bütün vəzifələrini yerinə yetirir və onun kimi məsuliyyət daşıyır. Gömrük brokerinin təmsil etdiyi şəxslərlə münasibətləri Mülki Məcəlləyə əsasən tərəflər arasında bağlanılmış müqavilə ilə tənzimlənir. DGK gömrük brokerlərinin dövlət reyestrini aparır, onu nəşr edir, rəsmi internet saytında yerləşdirir və müvafiq məlumatların daimi yeniləşdirilməsini təmin edir.

 

DGK gömrük brokeri fəaliyyətini həyata keçirmək üçün müraciətlərə baxır və hüquqi şəxslərə gömrük brokeri fəaliyyəti üçün lisenziya verir. Hər gömrük sərhəd buraxılış məntəqəsi üzrə ən azı 2 hüquqi şəxsə gömrük brokeri fəaliyyəti üçün lisenziya verilməlidir.

 

Saxlanma üsulundan asılı olmayaraq, gömrük brokeri tərəfindən gömrük sərhədindən keçirilən mallara dair sənədlər və məlumatlar, həmin malların gömrük nəzarəti altında olan mallar statusunu itirməsindən sonrakı 3 il ərzində saxlanılmalıdır. Gömrük brokeri fəaliyyətinə lisenziyanın verilməsinə görə Azərbaycan prezidentinin 2002-ci il 2 sentyabr tarixli «Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında» fərmanı ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilir. Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas attestatının verilməsinə görə ödənilən yığımın məbləğini Nazirlər Kabineti müəyyən edir.

 

Apa.az