Azərbaycanda enerji resurslarının səmərəli istifadəsi üzrə dövlət proqramı hazırlanacaq

Posted by

Azərbaycanda enerji resurslarının səmərəli istifadəsi üzrə dövlət proqramı hazırlanacaq

 

Azərbaycanda enerji resurslarının səmərəli istifadəsi üzrə dövlət proqramı hazırlanacaq

Azərbaycanda enerji resurslarının səmərəli istifadəsi üzrə dövlət proqramı hazırlanacaq

 

Azərbaycanda “Azərbaycan Respublikasında enerji resurslarından səmərəli istifadə olunması üzrə Milli Proqram (2014-2020-ci illər)”ın hazırlanması çərçivəsində işlərə başlanılıb. Trend-in məlumatına görə, bu barədə energetika naziri Natiq Əliyevin “Azərbaycan” qəzetində dərc edilən məqaləsində deyilir.

Məqalədə qeyd edilir ki, enerji resurslarından səmərəli istifadəyə nail olunması üzrə həyata keçiriləcək işlərin sistemli və məqsədyönlü aparılması üçün “Azərbaycan Respublikasında enerji resurslarından səmərəli istifadə olunması üzrə Milli Proqram (2014-2020-ci illər)”ın hazırlanmasına zərurət var: “Bu məqsədlə ilkin fəaliyyətə başlanılıb və həmin sənədin hazırlanması üçün işçi qrupunun yaradılması məqsədilə nazirlik tərəfindən müvafiq təşkilatlara müraciətlər ünvanlanıb”.

Məqalə müəllifinin sözlərinə görə, hazırda qlobal səviyyədə enerji daşıyıcılarına olan tələbatın artması və enerji məhsullarının dünya bazarındakı qiymətlərinin dayanmadan yüksəlməsi ölkəni bu resurslardan daha qənaətlə, səmərəli və tələbata uyğun istifadə edilməsi istiqamətində tədbirlər görməyə sövq edir.

Qeyd edək ki, Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,55 trilyon kubmetr, neft ehtiyatları isə 2 milyard ton həcmində qiymətləndirilir. Öz növbəsində Azərbaycanda proqnozlaşdırılan qaz ehtiyatları 6 milyard kubmetr, neft ehtiyatları isə 4 milyard ton həcmində qiymətləndirilir.

 

Trend.az