Azərbaycanda dövlət orqanları işəgötürən qismində əmək müqaviləsi bildirişi təqdim edəcək

Posted by

Azərbaycanda dövlət orqanları işəgötürən qismində əmək müqaviləsi bildirişi təqdim edəcəkAzərbaycanda dövlət orqanları işəgötürən qismində əmək müqaviləsi bildirişi təqdim edəcək

Azərbaycanda dövlət orqanları işəgötürən qismində əmək müqaviləsi bildirişi təqdim edəcək

Azərbaycanda dövlət orqanları işəgötürən qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində mövcud əmək şəraiti şərtləri və məlumatları əsasında əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edəcəklər.

APA-nın məlumatına görə, bununla bağlı Nazirlər Kabineti “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”da dəyişikliklər edib.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində əmək müqaviləsinin bağlanılmasının, onda dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən mövcud əmək şəraiti şərtləri və məlumatları əsasında əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilir. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə əmək müqaviləsi bildirişinin daxil edilməsi “Elektron hökumət” portalı vasitəsilə həyata keçirilir. İşəgötürən xidmətə daxil olduqda, sistem tərəfindən onun təkmil sertifikatına əsasən soyadı, adı, atasının adı, gücləndirilmiş elektron imza (dövlət orqanları ilə münasibətdə möhür vurmaq səlahiyyəti olan) kartının nömrəsi və fərdi identifikasiya nömrəsi (FİN) müəyyən edilir. İşəgötürən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxiletmə səlahiyyətini etibar etdiyi şəxsin (şəxslərin) gücləndirilmiş elektron imza kartının nömrəsini, fərdi identifikasiya nömrəsini (FİN), səlahiyyətin etibar edilmə müddətini müəyyən edilmiş formada sistemə daxil edərək təsdiqləməlidir.

 

 

Apa.az