Avropa Oyunlarına dəstək nümayiş etdirən SABAH könüllülərinin festivalı keçiriləcək

Posted by

Avropa Oyunlarına dəstək nümayiş etdirən SABAH könüllülərinin festivalı keçiriləcəkAvropa Oyunlarına dəstək nümayiş etdirən SABAH könüllülərinin festivalı keçiriləcək

Avropa Oyunlarına dəstək nümayiş etdirən SABAH könüllülərinin festivalı keçiriləcək

İyunun 10-da “SABAH-ın könüllüsü” proqramı çərçivəsində “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə Təhsil Nazirliyinin SABAH qruplarında təhsil alan könüllülərin festivalı keçiriləcək.

 

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, “SABAHFest” adlı tədbir 500-dən çox tələbənin iştirakı ilə “SABAH-ın könüllüsü”nün “Bakı 2015” 1-ci Avropa Oyunlarına dəstəyini nümayiş etdirmək məqsədilə keçirilir.

 

Tədbirdə hər iki qurumu təmsil edən dövlət rəsmiləri çıxış edəcək, SABAH qruplarında təhsil alan tələbələrin “Bakı 2015” 1-ci Avropa Oyunlarına dəstək olaraq həyata keçirdiyi fəaliyyət haqqında məlumat veriləcək. Musiqili-interaktiv üslubda keçiriləcək festivalda tanınmış müğənnilərlə yanaşı, SABAH qruplarında təhsil alan tələbələrin canlı performansları da izləniləcək. Festivalda tələbələr Avropa Oyunları ilə bağlı keçiriləcək bir-birindən maraqlı viktorinalarda iştirak etməklə Avropa Oyunlarının idman yarışlarına bilet əldə etmək imkanı qazanacaqlar.

 

“SABAHFest”in proqramına, həmçinin “SABAHın könüllüsü”nün Avropa Oyunlarına dəstək olaraq keçirdiyi “SABAH Live” və “SABAH Foto” müsabiqələri qaliblərinin mükafatlandırılması da daxil edilib.

 

Xatırladaq ki, “SABAH-ın könüllüsü” proqramı SABAH qrupları tələbələrinin akademik təhsildən ayrılmadan könüllü fəaliyyətə cəlb olunmaqla, onların sosial aktivliyini artırmaq və biliklərinin praktikada tətbiqi, eləcə də tələbələrin idarəçilik bacarıqlarının və liderlik potensialının inkişaf etdirilməsi məqsədilə fəaliyyət göstərir. SABAH qrupları ali təhsilin keyfiyyətinin yüksəldilməsi, müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsi və ali təhsil sistemində yeni mühitin yaradılması məqsədilə Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssisələrində Savadlı, Bacarıqlı və Hazırlıqlı tələbələrdən təşkil olunub. Hazırda SABAH qrupları 7 ali təhsil müəssisəsində (Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dillər Universiteti) 34 ixtisas üzrə 755 tələbəni əhatə edir.

 

Trend.az