Azərbaycanda dini məbədlərə pulsuz qazın verilməsi qaydası dəqiqləşdirilib

Posted by

Azərbaycanda dini məbədlərə pulsuz qazın verilməsi qaydası dəqiqləşdirilib

Azərbaycanda dini məbədlərə pulsuz qazın verilməsi qaydası dəqiqləşdirilib

Azərbaycanda dini məbədlərə pulsuz qazın verilməsi qaydası dəqiqləşdirilib

“Azəriqaz” İstehsalat Birliyi (İB) Azərbaycanda dini məbədlərə veriləcək pulsuz qaz üçün limit müəyyən edib.

“Azəriqaz” İB-dən Trend-ə verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı və Azərbaycan Dövlət Neft Şirkətinin Şurasının qərarına əsasən məscidlərə və dini icmalara məxsus dini məbədlərə ayrılmış illik limit daxilində təbii qazın əvəzsiz verilməsi nəzərdə tutulub.

“Azəriqaz” İB-nin abonent uçotu sistemində qeydiyyatda olan və təbii qazla təmin olunan İslam dini təyinatlı ibadət, digər konfessiyalara məxsus məbəd və ziyarət yerlərinin 2013-cü il ərzində istifadə etdikləri orta illik sərfiyyatı 1953 kubmetr olub.

Buna baxmayaraq, hal-hazırda təbii qazla təmin olunmuş ibadət və ziyarət yerlərinin hər birinə illik 5 min kubmetr limitin tətbiq olunması nəzərdə tutulur: “Bu qərar yalnız dövlət qeydiyyatından keçmiş dini icmalara məxsus məbədlərə aiddir. Hansı məbəd nəzərdə tutulmuş limitdən artıq qaz istifadə edəcəksə, onun pulunu ödəməli olacaq”

Artıq bununla bağlı həm Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə, həm də “Azəriqaz” İB-nin abonent uçotu sistemində qeydiyyatda olan və təbii qazla təmin olunan məbəd və ziyarət yerlərinə məlumat verilib.

 

Trend.az