Azərbaycanda bütün QHT-lərə nazirlik və dövlət komitələri yanında ictimai şuraların formalaşdırılmasında iştirak etmək hüququ verilib

Posted by

Azərbaycanda hər bir vətəndaş cəmiyyəti institutu mərkəzi icra hakimiyyəti orqanları (nazirliklər, dövlət komitələri və s.) yanında yaradılacaq ictimai şuralara bir namizəd irəli sürə biləcək.

APA-nın verdiyi məlumata görə, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “İctimai Şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”də əksini tapıb.

Əsasnamədə vətəndaş cəmiyyəti institutlarının irəli sürəcəyi namizədlə bağlı tələb də əksini tapıb. Müvafiq sahə üzrə təcrübəyə və ya biliyə malik 16 yaşına çatmış hər bir fəaliyyət qabiliyyətli Azərbaycan vətəndaşı mərkəzi icra hakimiyyəti orqanı yanında yaradılan ictimai şuraların üzvü ola bilər. Namizəd irəli sürüb-sürməməsindən asılı olmayaraq, vətəndaş cəmiyyəti institutlarının bərabər sayda təmsilçilərindən ibarət birgə yığıncaqda irəli sürülmüş namizədlər içərisindən gizli səsvermə yolu ilə mərkəzi icra hakimiyyəti orqanları yanında ictimai şuraların üzvləri seçiləcəklər. Yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarına münasibətdə isə həmin ərazidə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının bərabər sayda təmsilçilərindən ibarət birgə yığıncaqda irəli sürülmüş namizədlər içərisindən gizli səsvermə yolu ilə ictimai şuraların üzvləri seçilə biləcəklər.

Apa.az