Azərbaycanda Avro-4 standartının tətbiq ediləcəyi vaxt açıqlanıb

Posted by

Azərbaycanda Avro-4 standartının tətbiq ediləcəyi vaxt açıqlanıb

Azərbaycanda avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələr üzrə 2014-cü il aprelin 1-dən Avro-4 ekoloji normaları tətbiq ediləcək.

 

Gün.Az xəbər verir ki, yanvarın 14-də Nazirlər Kabineti Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycan Respublikasında istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblərin Avro-4 ekoloji normalarına uyğunlaşdırılması barədə qərar qəbul edib.

 

Qərara əsasən, avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrin miqdarının azaldılması və ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədi ilə ölkə ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycan Respublikasında istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələr üzrə 2014-cü il aprelin 1-dən Avro-4 ekoloji normaları tətbiq ediləcək.