Azərbaycanda 15 min manata yaxın gecikdirilən sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin olunub

Posted by

Azərbaycanda 15 min manata yaxın gecikdirilən sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin olunubAzərbaycanda 15 min manata yaxın gecikdirilən sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin olunub

Azərbaycanda 15 min manata yaxın gecikdirilən sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən həyata keçirilən dövlət nəzarəti tədbirləri zamanı iş yerlərində əmək haqları və digər sosial xarakterli ödənişlərin işçilərə qanunvericiliyin tələblərinə uyğun şəkildə vaxtlı-vaxtında ödənilməsinə də xüsusi diqqət yetirilir.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, DƏMX-in həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində cari ilin iyul ayında işəgötürənlər tərəfindən ümumilikdə 14 693 manat məbləğində gecikdirilən sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin olunub. Həmin vəsaitin 88,8%-i (13 053 manat) əmək haqlarından, qalanı zərərə görə ödənc, sosial müavinət və kompensasiyalardan ibarət olub.

 

Ümumilikdə cari ilin yanvar-iyul aylarında xidmətin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin etdiyi gecikdirilmiş sosial xarakterli ödənişlərin məbləği 504 095 manat təşkil edib. Aparılan təhlillər zamanı sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirilməsi hallarına əsasən sahibkarlıq subyektlərində yol verildiyi müəyyən olunub.

 

Apa.az