BMT Baş Assambleyasının 70-ci sessiyası sentyabrın 15-də başlayacaq

Posted by

BMT Baş Assambleyasının 70-ci sessiyası sentyabrın 15-də başlayacaqBMT Baş Assambleyasının 70-ci sessiyası sentyabrın 15-də başlayacaq

BMT Baş Assambleyasının 70-ci sessiyası sentyabrın 15-də başlayacaq

15 sentyabr tarixində BMT-nin Nyu-Yorkdakı mənzil qərargahında BMT Baş Assambleyasının 70-ci sessiyası açılacaq.

 

APA-nın BMT-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, illik ümumi müzakirələr 28 sentyabrda başlayacaq və 3 oktyabra kimi davam edəcək. Ənənəyə uyğun olaraq 28 sentyabr tarixində Baş Assambleyanın ümumi tribunasında Braziliya və ABŞ prezidentləri çıxış edəcək. Ümumi müzakirələr başlamazdan əvvəl BMT-nin baş katibi Pan Gi Mun təşkilatın illik fəaliyyəti barədə BMT-yə üzv ölkələr qarşısında hesabat xarakterli çıxış edəcək. Bu il BMT mənzil qərargahına rekord sayda dövlət və hökumət başçıları toplanacaq. 193 üzv ölkədən 155-i artıq iştirakını təsdiqləyib. 25-27 sentyabr tarixlərində Baş Assambleyada 2015-ci ildən sonrakı müddətdə dayanıqlı inkişafa dair sammit olacaq. Sammit sessiyanın gündəliyində duran əsas tədbirlərdən biri hesab edilir. Sammitdə BMT-yə üzv ölkələr növbəti 15 il ərzində inkişafa dair yeni qlobal gündəliyi qəbul edəcəklər.

 

Apa.az