Azərbaycan YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Komitəsinin Büro iclasına sədrlik edəcək

Posted by

Azərbaycan YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Komitəsinin Büro iclasına sədrlik edəcək

Azərbaycan YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Komitəsinin Büro iclasına sədrlik edəcəkAzərbaycan YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Komitəsinin Büro iclasına sədrlik edəcək

Azərbaycan YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin Büro iclasına sədrlik edəcək.
Trend Mədəniyyət və Turizm Nazirliyinə istinadən məlumat verir ki, 2013-cü ilin 2-8 dekabr tarixində Bakı şəhərində YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası keçiriləcək və Qeyri-maddi mədəni irsin qorunması haqqında Konvensiyanın 10 illik yubileyi qeyd olunacaq.
Bununla əlaqədar olaraq, Fransanın Paris şəhərində yerləşən YUNESKO-nun Baş Qərargahında cari ilin 28 oktyabr tarixində YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin Büro iclası keçiriləcək. İclasda sözügedən tədbirin ilkin gündəliyinin və praktik məsələlərin müzakirəsi nəzərdə tutulub.
YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinə Azərbaycanın sədrliyi ilə əlaqədar olaraq, ölkəmizin nümayəndə heyətinin rəhbəri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iclasa sədrlik edəcək.