Azərbaycan yol polisi Novruz bayramı ilə bağlı sürücü və piyadalara müraciət etdi

Posted by

Azərbaycan yol polisi Novruz bayramı ilə bağlı sürücü və piyadalara müraciət etdi

Azərbaycan yol polisi Novruz bayramı ilə bağlı sürücü və piyadalara müraciət etdi

Azərbaycan yol polisi Novruz bayramı ilə bağlı sürücü və piyadalara müraciət etdi

Azərbaycan yol polisi Novruz bayramı ilə bağlı sürücü və piyadaları diqqətli olmağa çağırıb.

 

Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Trend-ə bildirib ki, bayram günləri ilə əlaqədar respublikanın müxtəlif rayonlarına, eləcə də rayonlardan paytaxta çoxsaylı insan axını gözlənilir ki, bu da yollarda nəqliyyatın hərəkətinin intensivliyi ilə müşayiət olunacaq: “Ona görə də sürücülərdən bu günlərdə, xüsusilə bayramın yaxşı əhval-ruhiyyə ilə keçirilməsi üçün yola, səfərə çıxarkən qaydalara ciddi əməl etmələri, yollarda müəyyən edilmiş sürət həddini aşmamaları xahiş olunur”.

 

K.Əliyev bildirib ki, yol polisi bayram və istirahət günlərində istər paytaxtda, istərsə də ayrı-ayrı rayonlarda, eləcə də rayonlararası yollarda xidmətini gücləndirilmiş iş rejimində davam etdirəcək.

 

Şöbə rəisi piyadalara da müraciət edərək bildirib ki, paytaxtda, xüsusilə də bölgələrdə Novruz bayramı ilə əlaqədar keçiriləcək tədbirlərə gedərkən və ya tədbirdə olarkən yolun hərəkət hissəsinə çıxanda diqqətli olsunlar, haradan və necə gəldi yolu keçməsinlər: “Piyadalar üçün müəyyən olunmuş xüsusi yerlərdən, yeraltı keçidlərdən, nizamlanan və nizamlanmayan piyada keçidlərindən istifadə etsinlər. Habelə uşaqları nəzarətsiz buraxmasınlar”.

 

K.Əliyev əhaliyə müraciətində isə bildirib ki, ilaxır çərşənbə ilə bağlı yolun hərəkət hissəsində tonqallar yandırmasınlar: “Bu, həm avtomobillərin hərəkətinə mane olur, həm də nəqliyyat vasitələri hərəkətdə olarkən insanlar üçün müəyyən təhlükə yaradır”.

 

Qeyd edək ki, Novruz bayramı ilə bağlı Azərbaycanda martın 20-dən 27-dək qeyri-iş günü elan edilib.

 

Trend.az