Azərbaycan Xəzərdə kilkələrin ovuna qadağa qoyulmasını təklif edir

Posted by

Azərbaycan Xəzərdə kilkələrin ovuna qadağa qoyulmasını təklif edir

 

Azərbaycan Xəzərdə kilkələrin ovuna qadağa qoyulmasını təklif edir

Azərbaycan Xəzərdə kilkələrin ovuna qadağa qoyulmasını təklif edir

 

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutu Xəzəryanı ölkələr üçün dənizdə nərə cinsli balıqlarla yanaşı, kilkələrin də sənaye məqsədilə ovuna moratorium, yəni qadağa qoyulmasını təklif edir.

İnstitutun direktoru Mehman Axundov Trend-ə bildirib ki, 10-15 il ərzində nərə cinsli balıqlara, 3-5 il ərzində isə kilkələrin ovuna moratorium tətbiq edilməlidir. Çünki əks halda, Xəzərin ekosistemi bərpa oluna bilməyəcək: “Yaxın 5-10 ildə nərə cinsli balıqların, kilkələrin ovlanmasına qadağa qoymasaq, Xəzər dənizində ekosistem dağılacaq. Biz həm 10-15 ilə nərə cinsli balıqlara moratorium tətbiq etməliyik, həm də 5 il bütün Xəzəryanı ölkələrdə kilkə tutulmamalıdır ki, ekosistem özünə gəlsin”.

M.Axundov deyib ki, Xəzər əsasən kilkə dənizidir. Burada həmişə bütün fauna kütləsinin 60-70 faizini kilkələr təşkil edib. Ancaq buna baxmayaraq, kilkə ovu Xəzəryanı ölkələr üçün rentabelli sayılmır: “Hazırda Xəzəryanı ölkələrdə kilkələrin ovlanması üçün kvota tətbiq edilir. Amma ölkələr kvotanı tam mənimsəyə bilmirlər. Həm bizim, həm Rusiya, həm də İran gəmiləri kilkələri normal ovlaya bilmirlər. Onların xərclədiyi pulla müqayisədə ovladığı balıqların sayı az olur, yəni rentabelli olmur”.

 

Hazırda Xəzər dənizində kilkələrin sayının azaldığını deyən institut direktoru qeyd edib ki, 1990-cı illərin axırlarında ballast suları vasitəsilə Xəzər dənizinə gətirilmiş mnemiopsis leidyi (kilkələrin yemini yeyən yad orqanizm) dənizin akvatoriyasında sürətlə yayılaraq, Xəzərin biomüxtəlifliyinə birbaşa və ciddi ziyan vurub. O, kilkələrin yem bazası olan zooplanktonu böyük miqdarda tükədib. Çoxillik say dinamikasına görə, bunun təsirindən Cənubi Xəzərdə kilkələrin sayı təxminən 8-10 dəfə, Orta Xəzərdə 5-6 dəfə azalıb. Ümumilikdə 1999-2000-ci illə müqayisə edildikdə Xəzərdə həm zooplanktonunun, həm də kilkələrin sayı təxminən 10 dəfə azalıb. Kilkələrin sayının azalması onlarla qidalanan nərə cinsli balıqların, suitilərin də sayının təxminən 10 dəfə azalmasına səbəb olub.

Bu tendensiyanın hələ də davam etdiyini deyən M.Axundov əlavə edib ki, 1990-cı illərin sonlarından başlayaraq, indiyədək Cənubi Xəzərdə mnemiopsislərin sayı artır. Cənubi Xəzərdə bu prosesin yaxın 2-3 il ərzində də davam edəcəyi gözlənilir. Ancaq Orta Xəzərdə isə bu məsələ ilə bağlı vəziyyət stabilləşib: “Əlbəttə ki, buna görə kilkənin yemi azalır, kilkə ilə qidalanan başqa balıqların da qida mənbəyi az olur. Ona görə də biz təxminən son 15 il ərzində nəinki kilkə kütləsinin azalmasını, o cümlədən kilkə ilə qidalanan bütün başqa balıqların kütləsinin azalmasını görürük. Bunlar siyənəklər, nərə cinsli balıqlar, qızıl balıq və s.-dir. Bundan başqa, kilkə ilə suiti də qıdalanır. Buna görə suitilərin də sayı azalır və azalmaqdadır. Bunlar hamısı bir-biri ilə əlaqədə olan zəncirvari halqalardır”.

Qeyd edək ki, 18 noyabr 2010-cu ildə Xəzəryanı dövlətlərin başçılarının Bakıda keçirilmiş sammitində Qazaxıstan Prezidentinin irəli sürdüyü nərə cinsli balıqların sənaye ovuna qadağa qoyulması təklifi prezidentlər tərəfindən bəyənilmişdi. Bu təklifi həyata keçirmək məqsədilə müvafiq saziş layihəsinin imzalanması nəzərdə tutulur.

M.Axundov qeyd edib ki, 2010-ci ildə noyabrda Bakıda

 

Trend.az