Azərbaycan XİN rəhbəri Sudanın xarici işlər üzrə dövlət naziri ilə görüşüb

Posted by

Xarici işlər naziri Elmar Məmmədyarov Qoşulmama Hərəkatının Əlcəzairdə keçirilən XVII nazirlər konfransı çərçivəsində Sudan Respublikasının xarici işlər üzrə dövlət naziri Kamal İsmael Saeed ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş əsnasında iki ölkə arasında siyasi əlaqələrin mövcud inkişaf səviyyəsindən məmnunluq ifadə olunub və iqtisadiyyat, ticarət və sərmayələr sahəsində əməkdaşlığın inkişaf etdirilməsi yolları barəsində fikir mübadiləsi aparılıb.

Nazir Elmar Məmmədyarov ikitərəfli iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün biznes dairələrinin qarşılıqlı səfərlərinin və biznes forumlarının təşkilinin vacibliyini qeyd edib.

Kamal İsmael Saeed Sudanın Azərbaycan ilə əlaqələrin inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verdiyini bildirib.

Görüşdə qarşılıqlı səfərlərin intensivləşdirilməsi və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri də müzakirə olunub.

Apa.az