Azərbaycan və Yaponiya arasında İKT sahəsində əməkdaşlıq məsələləri müzakirə olunmuşdur
Aprelin 28-də Bakıda rabitə və yüksək texnologiyalar naziri Әli Abbasov Yaponiyanın Xarici İşlər Nazirliyinin parlament üzrə müavini Takao Makinonun başçılığı etdiyi Yaponiya nümayəndə heyəti ilə görüşmüşdür.
Görüşdə Azərbaycan və Yaponiya arasında informasiya-kommunikasiya texnologiyaları (İKT), xüsusilə telekommunikasiya və kosmik sənaye sahəsində əməkdaşlıq məsələləri müzakirə olunmuşdur. Qeyd edilmişdir ki, Azərbaycanda texnoloji yönümlü , innovativ tutumlu iqtisadiyyatın inkişafı üçün bu sahədə aparıcı ölkə olan Yaponiya ilə əməkdaşlığa xüsusi önəm verilir.
AzərTac.az