Azərbaycan və Türkiyə prezidentləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

Posted by

Azərbaycan və Türkiyə prezidentləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

Azərbaycan və Türkiyə prezidentləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblərAzərbaycan və Türkiyə prezidentləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

Türkiyə Prezidenti Abdullah Gül Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı Dağlıq Qarabağ münaqişəsini müzakirə etdiklərini bildirib. Trend-in “TRT Haber” telekanalına istinadən verdiyi məlumata görə, bu barədə A.Gül ikitərəfli görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.
Prezident qeyd edib ki, görüşdə regional məsələlərlə yanaşı, iki ölkə arasında münasibətlər də müzakirə edilib:
“Bütün bunlarla yanaşı, Azərbaycanın və Türkiyənin milli məsələsi olan Azərbaycanın ərazi bütövlüyü və Azərbaycanın işğal altında olan ərazilərinin azad olunması məsələsi də müzakirə mövzusu olub”.
A.Gül bildirib ki, Türkiyə ilə Azərbaycan arasındakı dostluq əlaqələrini sözlə ifadə etmək mümkün deyil.