Azərbaycan və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Posted by

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncını qəbul edib.

Trend-in Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycan ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, habelə təşkilata üzv dövlətlər arasında əməkdaşlıq məsələləri və təşkilat tərəfindən keçirilməsi nəzərdə tutulan tədbirlər haqqında fikir mübadiləsi aparılıb.

Görüş zamanı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının digər beynəlxalq təşkilatlarla əməkdaşlığı da müzakirə olunub.

Trend.az