Azərbaycan və İsrail arasında müntəzəm diplomatik məsləhətləşmələr haqqında protokol imzalanıb

Posted by

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda rəsmi səfərdə olan İsrail xarici işlər naziri Aviqdor Libermanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Trend-in XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüş əsnasında Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında əlaqələrin mövcud səviyyəsindən məmnunluq ifadə olunaraq, siyasi, iqtisadi, ticarət, elmi-texniki və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri ətrafında müzakirələr aparılmışdır.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi barəsində məlumat verərək, münaqişənin həll edilməsi üçün Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu bildirmişdir. Nazir Elmar Məmmədyarov əlavə etmişdir ki, münaqişə Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməlidir.

Aviqdor Liberman Azərbaycandakı yəhudi icmasının iki ölkə arasındakı münasibətlərin inkişafında rolunu müsbət qiymətləndirmişdir.

Görüşün sonunda Azərbaycanın və İsrailin Xarici İşlər nazirlikləri arasında müntəzəm diplomatik məsləhətləşmələr haqqında protokol imzalanıb.

Trend.az