Azərbaycan və Rusiya prezidentləri arasında telefon danışığı olub

Posted by

Azərbaycan və Rusiya prezidentləri arasında telefon danışığı olubDövlət başçıları Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi barədə fikir mübadiləsi aparıblar

Azərbaycan və Rusiya prezidentləri arasında telefon danışığı olub

Rusiya və Azərbaycan prezidentləri arasında telefon danışığı olub. Bu barədə APA-nın Moskva müxbirinə Kremlin mətbuat xidmətindən məlumat verilib.

 

Məlumatda bildirilib ki, Vladimir Putin və İlham Əliyev Rusiya-Azərbaycan əməkdaşlığının yüksək səviyyədə olduğunu qeyd ediblər və bu əməkdaşlığın daha da genişləndirilməsini tərəfdarı olduqlarını bildiriblər.

 

Hər iki lider gündəlikdə olan aktual məsələlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi barədə fikir mübadiləsi aparıblar. Rusiya tərəfi problemin sülh yolu ilə həll olunması üçün bütün mümkün yardımı göstərməyə hazır olduğunu deyib.