Azərbaycan və Rusiya iyulda investisiyaların qorunması haqqında saziş imzalayacaqlar
Azərbaycan və Rusiya arasında investisiyaların qarşılıqlı təşviqi və qorunması haqqında saziş layihəsi hazırdır və ən yaxın vaxtda imzalanacaq. Trend-in məlumatına görə, bu barədə Bakıda jurnalistlərə RF-nin iqtisadi inkişaf naziri Aleksey Ulyukayev bildirib.
O, qeyd edib ki, sənəd layihəsi hazırdır və iyunun sonunadək yenidən işlənəcək: “Artıq iyulda imzalanma baş tuta bilər”.
A.Ulyukayevin sözlərinə görə, tərəflər bu sazişə qədər uzun məsafə qət ediblər: “İşlər bir neçə il ərzində aparılıb, tərəflər məktublaşıblar, lakin proses ləng gedib. Azərbaycanlı həmkarımla görüş zamanı biz bütün mübahisəli məsələləri aradan qaldırdıq. Sadəcə, oturub danışmaq lazım idi. Əminəm ki, bu sazişin imzalanması əmtəə dövriyyəsini və qarşılıqlı investisiyaların həcmini artıracaq”.
Trend.az