Azərbaycan və Rusiya arasında mallara gömrük nəzarəti ilə bağlı Protokol təsdiq edildi
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Federal Gömrük Xidməti (Rusiya Federasiyası) arasında müəyyən növ mallara münasibətdə gömrük nəzarətinin nəticələrinin qarşılıqlı tanınması haqqında 2015-ci il iyulun 3-də Moskva şəhərində imzalanmış Protokolun təsdiq edilməsi barədə sərəncam imzalayıb.
Dövlət Gömrük Komitəsinə Protokolun müddəalarının həyata keçirilməsini təmin etmək, Xarici İşlər Nazirliyinə isə Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Federasiyasının Hökumətinə bildiriş göndərmək tapşırılıb.
Trend.az