Azərbaycan və İran dəmir yollarının birləşdirilməsi məsələsini müzakirə ediblər

Posted by

Azərbaycan və İran dəmir yollarının birləşdirilməsi məsələsini müzakirə ediblər

Azərbaycan və İran dəmir yollarının birləşdirilməsi məsələsini müzakirə ediblərAzərbaycan və İran dəmir yollarının birləşdirilməsi məsələsini müzakirə ediblər

Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun iranlı həmkarı Abbas Axundi ilə görüşündə iki ölkənin dəmir yollarının birləşdirilməsi məsələsi müzakirə edilib. Bu barədə Trend şənbə günü IRNA agentliyinə istinadən məlumat verir.
İstanbulda keçirilmiş görüşdə tərəflər nəqliyyat sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər. Tərəflər bu məsələnin iki ölkə arasında iqtisadi əlaqələrin inkişafında əhəmiyyətini vurğulayıblar.
Qeyd edək ki, Ziya Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti qlobal nəqliyyatın investisiya imkanları mövzusuna həsr edilmiş XI Nəqliyyat, Dənizçilik və Kommunikasiyalar Forumunda iştirak etmək üçün İstanbulda səfərdədir.