Azərbaycan və Norveç arasında siyasi dialoqun inkişafı müzakirə olunub

Posted by

Azərbaycan və Norveç arasında siyasi dialoqun inkişafı müzakirə olunubAzərbaycan və Norveç arasında siyasi dialoqun inkişafı müzakirə olunub

Azərbaycan və Norveç arasında siyasi dialoqun inkişafı müzakirə olunub

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Norveç Krallığının ölkəmizə təyin olunmuş yeni səfiri Bard İvar Svendseni qəbul edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş əsnasında iki ölkə arasında əlaqələrin mövcud inkişaf səviyyəsindən, xüsusilə enerji sahəsində uğurlu əməkdaşlıqdan məmnunluq ifadə olunub.

 

E.Məmmədyarov səfiri yeni təyinatı münasibətilə təbrik edib və ona gələcək diplomatik fəaliyyətində uğurlar arzu edib.

 

B.İ.Svendsen iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

 

Görüşdə iki ölkə arasında siyasi dialoqun daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Trend.az