Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri NATO-nun tədbirlərində iştirak edəcəklər
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri NATO-nun bəzi tədbirlərində iştirak edəcəklər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq fevralın 3-dən 6-dək Varşava şəhərində (Polşa) NATO Təlimlərinin sinxronlaşdırılması konfransı, fevralın 3-dən 7-dək Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) “Quru Qoşunlarının döyüş hazırlığının qiymətləndirilməsi” kursu və Azərbaycan-ABŞ iş planına əsasən Sofiya şəhərində (Bolqarıstan Respublikası) “Saber Guardian-2014” təliminin yekun planlaşdırma konfransı keçiriləcək.
Trend.az