Müdafiə Nazirliyi

Posted by

Müdafiə Nazirliyi

 

Azərbaycan Silahlı Qüvvələrin Yardım Fonduna yığılan vəsaitin məbləği açıqlanıb

Müdafiə Nazirliyi

 

Azərbaycan Silahlı Qüvvələrin Yardım Fonduna yığılan vəsait fevralın 1-dək 51 691 129 AZN təşkil edib. Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

 

Fevralın 1-i tarixinə fondun bank hesabına toplanmış vəsait 51 691 129 AZN, 211 791 ABŞ dolları, 593 Avro təşkil edib.

 

Xatırladaq ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılıb. Sərəncama əsasən, Silahlı Qüvvələrə Yardım Fondu respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalar hesabına formalaşır.

 

Trend.az